“FINCA Azerbaijan” komandası komanda ruhunu möhkəmləndirmək üçün toplaşıb (FOTO/VİDEO)

28.11.2025 06:05 8 baxış sayı 2 dəq. oxuma Trend
“FINCA Azerbaijan” komandası komanda ruhunu möhkəmləndirmək üçün toplaşıb (FOTO/VİDEO)

"FINCA Azerbaijan" komandası əməkdaşlıq bacarıqlarını gücləndirmək və iş səmərəliliyini yüksəltmək məqsədilə "Basqal Resort"da keçirilən teambuilding tədbirində bir araya gəlib. Bu tədbir həm komanda ruhunu artırmaq, həm də uzun illər quruma rəhbərlik edən icraçı direktor Tim Tarrantın vəzifəsindən ayrılması ilə bağlı vida görüşü funksiyasını yerinə yetirdi. Tədbir interaktiv proqramdan ibarət idi. Burada iştirakçılar ünsiyyət və motivasiyanın artırılmasına yönəlmiş oyunlarda iştirak etdilər. Onlar bu fəaliyyətlər zamanı əməkdaşlıq, qərarvermə və tapşırıqların yerinə yetirilməsi bacarıqlarını nümayiş etdirdilər. Bu tip fəaliyyətlər komanda dinamikasını və birlikdə problem həll etmə qabiliyyətlərini daha da möhkəmləndirdi.


Tədbir eyni zamanda, "FINCA Azerbaijan"a 12 il rəhbərlik etmiş Tim Tarrantın vəzifədən ayrılması münasibətilə təşkil olunmuş vida görüşü kimi yadda qaldı. Komanda üzvləri çıxışlarında Tim Tarrantın uzun illər ərzində quruma verdiyi dəyərli töhfələri xüsusi olaraq qeyd etdilər. Onlar həmçinin onun liderlik üslubunu və təşkilatın inkişafında oynadığı mühüm rolu vurğuladılar. Timothy Tarrant "FINCA Azerbaijan"dakı fəaliyyətini bu görüşdən sonra başa çatdırdı.


Məlumat üçün bildirək ki, Timothy Tarrant peşəkar karyerasına 2001-ci ildə başlamışdı. O, 2013-cü ildən etibarən "FINCA Azerbaijan" MM Qeyri-Bank Kredit Təşkilatının icraçı direktoru vəzifəsini icra edirdi. Bu 12 il ərzində o, həmçinin "FINCA"nın üç fərqli ölkəsində ölkə direktoru kimi fəaliyyət göstərib. Bundan əlavə, Tarrant maliyyə təşkilatının üç törəmə şirkətində Müşahidə Şurasının və Audit Komitəsinin üzvü kimi də çalışmışdı.


L
Biznes müxbiri

Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: