
Gələn il lisey və gimzasiyalara qəbul imtahanları elektron şəkildə keçirilə bilər
Təhsil İnstitutunun rəsmisi bildirib ki, lisey və gimnaziyalara qəbul imtahanlarını elektronlaşdırmaq əsas hədəflərdən biridir. İnstitutun direktor müavini Fuad Qarayev bu barədə Təhsil TV-nin canlı yayımında danışıb.
Qarayev bu dəyişikliklə bağlı hazırlıqların getdiyini qeyd edib. O bildirib ki, elektron keçidə paralel olaraq, lisey və gimnaziyalara qəbul sualları təkmilləşdiriləcək. Bu addım imtahanların məzmun və keyfiyyətini yüksəltməyə xidmət edir.
Direktor müavininin sözlərinə görə, əgər lazımi infrastrukturu qura bilsək, bu plan növbəti ildən tətbiq edilə bilər. O, növbəti il lizey və gimnaziyalara qəbul imtahanının elektron qaydada, yəni komputerlər vasitəsi ilə keçirilə biləcəyini əlavə edib. Bu, qəbul prosesinin müasirləşdirilməsi istiqamətində atılan mühüm addımdır.
Xaricdə təhsil imkanları və beynəlxalq proqramlar haqqında yazıram. Özüm Almaniyada magistratura oxumuşam.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Növbəti illərdə liseylərə qəbul onlayn keçirilə bi...
Azəri Xəbər

Liseylərə elektron qeydiyyat başa çatıb
Son Xeberler

43 mindən çox uşaq I sinfə elektron qeydiyyatdan k...
Son Xeberler

Qəbul imtahanları ilə bağlı yekun QƏRAR VERİLDİ -
Son Xeberler

Buraxılış və qəbul imtahanları təxirə salınacaq
Son Xeberler

Lisey və gimnaziyalara seçim prosesi başlanıldı
Bugun.az



