🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Gəncədə qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO

13.10.2025 18:37 16 baxış sayı 1 dəq. oxuma
Gəncədə qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə üç şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.


APA-nın yerli bürosunun məlumatına əsasən, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.


Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili önündə gedən “Chevrolet” markalı nəqliyyat vasitəsinə arxadan çırpılıb. Zərbənin gücündən “Chevrolet” idarəetməni itirərək yol kənarındakı ağaca çırpılaraq dayanıb.


Qəza zamanı 1968-ci il təvəllüdlü E. Qurbanova, 1972-ci il təvəllüdlü S. Allahverdiyev və 1999-cu il təvəllüdlü R. Yusifzadə xəsarət alaraq tibbi yardım üçün xəstəxanaya yerləşdiriliblər.


Qəzaya düşən “Chevrolet” Samux Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə məxsusdur.


Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı hüquqi araşdırma davam etdirilir.


Paylaş: