Gəncədə saxlanılan vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbiri seçilə bilər - YENİLƏNİB

25.10.2025 13:44 7 baxış sayı 2 dəq. oxuma APA
Gəncədə saxlanılan vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbiri seçilə bilər - YENİLƏNİB

Xuliqanlıq və dələduzluq etməkdə ittiham olunan vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat göndərilib. Onunla bağlı təqdimata Gəncə Şəhər Məhkəməsində baxılacaq. Qəhrəmanov oktyabrın 23-də polis əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərmək) maddəsi üzrə ittiham elan olunub.


İddialara görə, Zabil Qəhrəmanov Gəncədə bir avtoyuma məntəsində mübahisə edərək bir şəxsə xəsarət yetirib. Eyni zamanda, onun müvəkkilinə qarşı dələduzluq əməli törətməsi də iddia olunur. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsi araşdırma aparır və məhkəmədə onunla bağlı təqdimata bu gün baxılması gözlənilir.


Bu hadisədən bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyəti Zabil Qəhrəmanovun vəkillik fəaliyyətinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi. Vəkil ictimaiyyətə daha çox Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınır.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: