Güclü maqnit qasırğası gözlənilir - Bu tarixdə

11.11.2025 08:05 6 baxış sayı 2 dəq. oxuma Trend
Güclü maqnit qasırğası gözlənilir - Bu tarixdə

Noyabrın 12-də Yer kürəsində çox güclü maqnit qasırğaları gözlənilir. Bu hadisə Yerə yaxınlaşan plazma buludları ilə əlaqədardır. G4 səviyyəli (çox güclü) olaraq təsnif edilən bu maqnit qasırğası, cari il ərzində sayca üçüncü belə güclü fırtına olacaq. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası, xarici KİV-ə istinadən bu barədə məlumat yayıb. Hesabatlara görə, bu təsir Günəşdə 9-10 noyabr tarixlərində baş vermiş yüksək səviyyəli partlayışların nəticəsidir. Model hesablamalar göstərir ki, ard-arda iki günəş plazması kütləsi Yerə yaxınlaşır, onların "zərbələri" arasında bir neçə saatlıq interval olacaq.


Laboratoriyanın yaydığı məlumatda hadisənin iki mərhələdə inkişaf edəcəyi bildirilib. Birinci hadisənin təsiri bu gün (11 noyabr) Bakı vaxtı ilə saat 19:00-21:00 aralığında başlayacaq. Bu ilkin təsir G1-G2 səviyyəsində qasırğalar və Yer kürəsinin şərq yarımkürəsində intensiv qütb parıltıları yaradacaq. Bu nisbətən yüngül dalğadan sonra daha güclü plazma buludu planetə yaxınlaşacaq. İkinci plazma buludu Yerə gecə saatlarında və ya artıq noyabrın 12-si səhər saatlarında çata bilər.


İkinci və əsas dalğanın gəlişi maqnit qasırğasının zirvəsini formalaşdıracaq. Məlumatda qeyd olunur ki, bu təsir G3-G4 diapazonunda olacaq. G4 səviyyəsi Günəşin təsirinin çox güclü olduğu mənasına gəlir. Təkrar hesablamalar noyabrın 11-dən 12-ə keçən müddətdə Yerə ard-arda iki günəş plazması kütləsinin yaxınlaşdığını təsdiqləyir. Bu ikiqat təsir nəticəsində ciddi maqnit fırtınası yaranması gözlənilir.


A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: