
Hafiz Həsənovun məhkəməsi başlayıb

“Qeyri-Hökumət Təşkilatları işi” üzrə ittiham edilən şəxslərdən biri, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Proses bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirildi. Məhkəmə iclasında əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildi.
Hafiz Həsənov özünə qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirdi. O, məhkəmədən işə xitam verilməsini tələb edən vəsatət təqdim etdi. Dövlət ittihamçısı isə bu vəsatətin əsassız olduğunu dedi və işin məhkəmə baxışına verilməsini istədi. Məhkəmə Həsənovun vəsatətini təmin etmədi, beləliklə, cinayət işi baxışa verildi. İş üzrə növbəti məhkəmə iclası noyabrın 5-nə təyin edilib.
Həsənov Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur. Bunlara cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma (Maddə 193-1.3.2), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (Maddə 308.2), vəzifə saxtakarlığı (Maddə 313) daxildir. Əvvəlcə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. Sonradan bu qərar dəyişdirildi və polis nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz olundu.
Hafiz Həsənovun məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsində başladılmış geniş “QHT işi”nin bir hissəsidir. Bu iş Azərbaycanda fəaliyyət göstərən yerli və xarici qeyri-hökumət təşkilatlarının, onların filiallarının və rəhbərlərinin fəaliyyətindəki qanun pozuntularını araşdırır. Təqsirləndirilən digər şəxslər arasında "İştirak Evi " MMC-nin təsisçisi Məmməd Alpay (Məmmədzadə), Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli var. Həmçinin, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Məmmədzadə də cinayət işi üzrə həbs ediliblər. Məmməd Alpay və Bəşir Süleymanlı barəsində həbs qətimkan tədbiri seçilib, Sübhan Həsənli isə istintaqdan yayındığına görə axtarışdadır.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Hafiz Paşayev 700 bal toplayan abituriyent ilə go...
Son Xeberler

Hafiz Hacıyev sürücülük hüququndan məhrum edildi
Son Xeberler

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna...
Azəri Xəbər

Nazir Əli Həsənovun oğlunu işdən çıxardı
Son Xeberler

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirili...
Son Xeberler

Əli Həsənovun vəziyyəti ağırlaşdı -
Son Xeberler