Həyat yoldaşına fiziki zor tətbiq edən şəxs saxlanılıb

28.10.2025 19:13 4 baxış sayı 1 dəq. oxuma APA
Həyat yoldaşına fiziki zor tətbiq edən şəxs saxlanılıb

Oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov hadisəni təsdiqləyib. Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən T. Məmmədov polis işçiləri tərəfindən saxlanılıb.


Qadına yetirilən xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Hazırda faktla bağlı hüquqi araşdırmalar davam etdirilir.


Bu hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Görüntülər kişinin qadına qarşı zorakılıq göstərməsini əks etdirir. Kadrlarda qadının saçlarının qırxıldığı və onun təhqir edildiyi bildirilir.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: