
İdris İsayev: Məktəbəqədər təhsilə cəlbetmə hələ tam hədəfə çatmayıb

"Məktəbəqədər təhsilin əhatəlilik səviyyəsi tədricən artırılsa da, hədəf olaraq qoyulan səviyyəyə hələ tam nail olunmayıb".
Bunu Elm və Təhsil nazirinin müavini İdris İsayev “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində dilə gətirib.
O bildirib ki, hazırda məktəbəqədər təhsilə cəlb edilən uşaqların ümumi səviyyəsi təqribən 10 faiz civarındadır: "Bu göstəricinin artırılması üçün qarşıda xeyli işlər dayanır. Məqsədimiz 2026-cı ilin sonuna qədər bu rəqəmi 15 faizə qədər yüksəltməkdir. Bu istiqamətdə strateji planımız artıq yenilənib".
Müavin qeyd edib ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların böyük əksəriyyəti 5 yaş qrupuna aiddir: “1-6 yaşlı uşaqlara yönəlmiş proqramlar mövcuddur, lakin məhz 5 yaş qrupunda iştirak səviyyəsi daha yüksəkdir – 83-84 faiz ətrafında dəyişir. 1-5 yaşlı uşaqların cəlbedilməsi üçün isə müxtəlif tədbirlər həyata keçirilir və bu proses mərhələli şəkildə genişləndirilməkdədir”.
Etiketlər
Oxşar xəbərlər

Bağçalar üçün qrant müsabiqəsi elan edilib
Bugun.az

Daha 7 məktəb distant təhsilə keçirildi
Son Xeberler

Daha 4 məktəb distant təhsilə keçirildi
Son Xeberler

10 məktəb distant təhsilə keçdi
Son Xeberler

Azərbaycanda bu qurumun şöbə müdiri koronavirusa y...
Son Xeberler

Bu il 100 mindən çox uşaq məktəbəhazırlığa cəlb ed...
Son Xeberler