
İKT sahəsində 10 milli standart layihəsi təsdiqlənəcək

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində 10 milli standart layihəsinin təsdiqi planlaşdırılır.
Məsələ Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 05) son iclasında müzakirə olundu. AZSTAND Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində işləyir.
İclasda AZSTAND ilə birlikdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyları Sənayesi Assosiasiyası və “AzInTelecom” MMC-nin təmsilçiləri də vardı.
Görüşdə 2025-ci il üçün Texniki Komitənin Fəaliyyət Planındakı işlər və həll edilməli məsələlər müzakirə edildi. Beləliklə, sahə üçün vacib sayılan 10 milli standart layihəsinin təsdiqlənməsi qərarı verildi.
Habelə, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Texniki Komitənin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə bağlı görülən işlər nəzərdən keçirildi.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Parlament Vəng kəndinin Çinarlı adlandırılmasını t...
Son Xeberler

Azərbaycan-Türkiyə media anlaşması qəbul edildi
Son Xeberler

Deputatlar bu gün 13 məsələni müzakirə edəcək -
Son Xeberler

Milli Məclis bu gün 16 məsələyə görə iclas çağırıb
Son Xeberler

Milli Məclisin keçiriləcək iclasının gündəliyi açı...
Son Xeberler

Bu gün komendant saatının ləğvi ilə bağlı qərar ve...
Son Xeberler