
İmtahanlarda “köməklik” göstərməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında istifadə üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ilkin istintaq başa çatıb. Abutriyent və şagirdlərə gizli texniki vasitələrlə "köməklik" etməkdə təqsirləndirilən bu şəxslərin cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Cinayət işinə Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olan məlumatlar əsasında başlanılıb. Məlumatda imtahanlarda iştirak edən şəxslərə qaydalara zidd köməklik göstərilməsi qeyd edilirdi. İşin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İstintaq fərdi sahibkarlıqla məşğul olan İslam Babayevə qarşı əsaslı şübhələr müəyyən edib. Babayev iddia edilənlərə görə, təşkil etdiyi hazırlıq kursunun abutriyentləri və şagirdləri üçün gizli qaydada informasiya almağa yarayan texniki vasitələri qanunsuz hazırlayıb. Məqsəd onların qəbul və buraxılış imtahanları zamanı testləri cavablandırmasına yardım etmək olub. O, Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girərək həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərib.
Toplanmış sübutlara əsasən, İslam Babayevə Cinayət Məcəlləsinin 302.3-cü (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Babayev barəsində həbs qətimkan tədbiri seçilib. Digər təqsirləndirilən şəxslər Ayxan Məmmədov və Murad Məmmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi üzrə ittiham aktı təsdiq olunub və baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib. Oxşar cinayətlərdə iştirak edən digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilə...
Azəri Xəbər

Rüşvət alan vəzifəlilər məhkəməyə verildi -ADLAR
Bugun.az

Gürcüstanda 4 oktyabr hadisələri ilə bağlı daha 16...
Azəri Xəbər

MN-nin sabiq vəzifəlilərinə hökm oxundu
Bugun.az

Baş prokuror İlkin Süleymanovla bağlı məhkəməyə mü...
Son Xeberler

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin tör...
Azəri Xəbər



