İsrailli ekspert Kür-Araz hövzəsinin su və ekoloji çağırışlarına diqqət çəkib

17.10.2025 07:29 9 baxış sayı 1 dəq. oxuma Report
İsrailli ekspert Kür-Araz hövzəsinin su və ekoloji çağırışlarına diqqət çəkib

Çayların aşağı axınında yaşayan insanlar ən çox su çatışmazlığı, çirklənmə, ekosistemlərin dağılması və daşqınlarla üzləşirlər.


"Report" xəbər verir ki, bunu İsrailin "Urban & Regional Planning" şirkətinin nümayəndəsi Amos Brandeys (Amos Brandeis) III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) üçüncü günündə bildirib.


"Azərbaycan ərazisinin təxminən 70 %-i Kür-Araz hövzəsində yerləşir. Kür çayı mənbəyini Türkiyədən götürür, daha sonra Gürcüstan və Ermənistandan keçərək Azərbaycan ərazisinə daxil olur, Araz çayının bir hissəsi isə İran ərazisindən keçir. Bakı və ölkənin bir çox digər şəhərləri aşağı axında yerləşir və məhz bu cür regionlar su çatışmazlığı, çirklənmə, ekosistemlərin deqradasiyası və daşqınlardan daha çox əziyyət çəkir", - o qeyd edib.


Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: