"Kəpəz" yarımmüdafiəçisi ilə yollarını ayırdı

27.10.2025 20:35 8 baxış sayı 1 dəq. oxuma Trend
"Kəpəz" yarımmüdafiəçisi ilə yollarını ayırdı

“Kəpəz” futbol klubunda ayrılıq gerçəkləşib. Komanda gürcüstanlı yarımmüdafiəçi Otar Aptsiauri ilə əməkdaşlığı dayandırıb. Futbolçu ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.


Qeyd edək ki, 23 yaşlı futbolçu Gəncə təmsilçisinə bu ilin yayında qoşulmuşdu. Onunla o zaman 1 illik müqavilə imzalanmışdı. Ayrılıq qərarı bu müqavilənin müddəti başa çatmadan qəbul olunub. Aptsiauri sərbəst agent statusu qazanıb.


R
İdman redaktoru

Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: