
KOB klasterin iştirakçısı olmaq istəyən KOB subyektlərinin nəzərinə!

2024-cü və 2025-ci illərdə yaradılmış iki yeni KOB klaster şirkəti fəaliyyətə başlayır. Bu klasterlər ümumilikdə 20-dən çox kiçik və orta sahibkarlıq subyektini (KOB) bir araya gətirəcək. Bu məlumat Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən açıqlanıb.
Yeni KOB klaster şirkətləri ölkə iqtisadiyyatı üçün vacib olan iki fərqli sahə üzrə ixtisaslaşacaq. Onlardan biri təbii meyvə konsentratı istehsal edəcək, digəri isə nəqliyyat vasitələrinin mühərrikləri üçün sürtkü yağı istehsalına yönələcək. Qoşulan KOB subyektləri isə bu klaster şirkətlərini müxtəlif növ mal və xidmətlərlə təmin edəcəklər. Mövcud klaster şirkətlərinə və gələcəkdə yaradılacaq klasterlərə iştirakçı olmaq istəyən KOB subyektləri müvafiq şirkətlərə və ya əlaqələndirmə dəstəyi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.
Bu mexanizmə qoşulan sahibkarlar dövlət tərəfindən təqdim edilən mühüm maliyyə və vergi güzəştlərindən istifadə edirlər. KOB klasterinin iştirakçısı olan sahibkarlar, klaster şirkətinə təqdim etdikləri mal üçün yeddi il müddətinə mənfəət və ya gəlir vergisindən tamamilə azad olunurlar. Klaster şirkəti özü isə "KOB klaster şirkəti şəhadətnaməsi"ni aldıqdan sonra eyni, yeddi il müddətinə bir neçə vergi növündən azad edilir. Bu güzəştlərə mənfəət və ya gəlir vergisi, torpaq vergisi, və əmlak vergisi daxildir. Həmçinin, layihə çərçivəsində xaricdən idxal edilən texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV-dən tam azad olunur, təbii ki, müvafiq təsdiqedici sənədin olması şərtilə.
KOB klasterinin strukturu əlaqəli iqtisadi fəaliyyət sahələrindəki müəssisələri bir araya gətirir. KOB klasterləri müəyyən bir coğrafi bölgədə yerləşməyə əsaslanır, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşürlər. Bu mexanizm qarşılıqlı iqtisadi münasibətlər quraraq bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkətləri və iştirakçılarından ibarətdir. KOB klasterinin iştirakçısı ən azı 10 mikro, kiçik və ya orta sahibkarlıq subyektindən təşkil olunmalıdır. Bu yanaşma iqtisadiyyatın fərqli sektorları üzrə KOB-ları bir araya gətirməklə onlar arasında güclü əlaqələr yaradır, beləliklə ümumi iqtisadi inkişafa dəstək verir.
Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Peşə Təhsil Mərkəzi pedaqoji fəaliyyətlə məşğul ol...
Edumap.az Təhsil Portalı

Karyerasını “Azərbaycan Dəmir Yolları” QSC-də qurm...
Edumap.az Təhsil Portalı

Yeni təyin edilmiş rəhbərlərin və rəhbər namizədlə...
Edumap.az Təhsil Portalı

İşaxtaranların nəzərinə!
Edumap.az Təhsil Portalı

Müəllim işləmək istəyənlərin nəzərinə!
Edumap.az Təhsil Portalı

Qarabağ müharibəsinin iştirakçısı Xocalıda minaya...
Bugun.az



