
La Liqada ayın ən yaxşı məşqçisi açıqlandı

İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi müəyyənləşdi. Bu mükafata “Rayo Valyekano” klubunun çalışdırıcısı İniqo Peres layiq görüldü.
37 yaşlı mütəxəssis bu mükafatı peşəkar karyerasında ilk dəfə qazanır. O, bu nominasiya uğrunda mübarizədə ciddi rəqiblərini geridə qoydu. Peres “Real”ın baş məşqçisi Xabi Alonso və “Betis”in çalışdırıcısı Manuel Pelleqrinini üstələdi.
Komanda oktyabr ayında çox uğurlu bir performans göstərdi. "Rayo Valyekano" İniqo Peresin rəhbərliyi altında keçirdiyi 3 matçın hər birində qalibiyyət əldə etdi. Hazırda komanda bu nəticələrlə 14 xala sahibdir və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Arda La Liqada ən yaxşı oyunçu seçildi
Bugun.az

Simeone La Liqada Tarix Yazdı
Bugun.az

2024-cü ilin ən yaxşı baş məşqçiləri bəlli oldu
Bugun.az

İtalyan Nəhənginin Yeni Baş Məşqçisi Ola bilər
Son Xeberler

Renat Dadaşovun komandası baş məşqçisi ilə yolları...
Bugun.az

"Premyer Liqanı 3 dövrədən ibarət keçirmək ən yaxş...
Bugun.az
 
                                        


