
Lionel Messi tarixdə ən çox məhsuldar ötürmə verən iki futbolçudan biri olub

ABŞ-nin "İnter Mayami" klubunun oyunçusu Lionel Messi futbol tarixində ən çox məhsuldar ötürmə verən iki futbolçudan biri olub. Argentinalı ulduz bu nailiyyəti ilə əfsanəvi futbolçu Ferents Puşkaşa çatıb.
Karyerasında 404-cü dəfə məhsuldar ötürmə verən 38 yaşlı hücumçu bu göstəriciyə MLS kubokunun 1/4 final mərhələsinin cavab oyununda nail oldu. Həmin görüşdə "İnter Mayami" "Tsintsinnati" klubuna 4-0 hesabı ilə qalib gəldi. Messi bu oyunda inanılmaz performans göstərdi, o, bir qol vurub və üç assistlə yadda qaldı.
Bu nəticə ilə Lionel Messi rəsmi olaraq karyerasında ən çox assist edən oyunçular siyahısında Puşkaşla bərabərləşdi və adını dünya futbolu tarixinə yazdırdı.
Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Messi məhsuldar ötürmə sayında yeni rekorda imza a...
Azəri Xəbər
Messi 400 məhsuldar ötürmə edən ilk futbolçu olub
Azəri Xəbər

Messi karyerasında 1300 məhsuldar hərəkət edən ilk...
Azəri Xəbər
Lionel Messi MLS-in müntəzəm mövsümünün bombardiri...
Azəri Xəbər
"İnter Mayami" klubu pley-offun final mərhələsinə...
Azəri Xəbər

Lionel Messi MLS çempionu oldu
Bugun.az



