"Liverpul" "Bayer"in futbolçusunu istəyir

23.10.2025 02:05 6 baxış sayı 1 dəq. oxuma Trend
"Liverpul" "Bayer"in futbolçusunu istəyir

“Liverpul” klubu heyətini gücləndirmək üçün sol cinah müdafiəçisi axtarışındadır. Mersisayd təmsilçisi bu mövqe üçün “Bayer”in ispan futbolçusu Alexandro Qrimaldo ilə maraqlanır. İngiltərə klubu Leverkuzen təmsilçisi ilə oyunçunun transferi barədə ilkin razılıq əldə edib.


Hazırda qeyri-müəyyən qalan yeganə məsələ onun “Liverpul”a nə vaxt keçəcəyidir. Qrimaldonun transferinin qışda, yoxsa yayda reallaşacağı iki aydan sonra dəqiqləşəcək. İspan futbolçunun “Bayer”lə hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na kimi qüvvədədir.


Qrimaldo futbol ictimaiyyətinə “Barselona” akademiyasının yetirməsi kimi tanınır. Alex adıyla da çağırılan müdafiəçi Leverkuzenə gəlməzdən əvvəl “Benfika”da da çıxış edib. “Liverpul” bu transferlə müdafiə xəttini möhkəmləndirmək istəyir.


L
İdman biznes analitiki

İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: