
Məişət zorakılığı, insan alveri, erkən nikah – Büdcədən nə qədər vəsait ayrılacaq?

2026-cı ilin dövlət büdcəsinin layihəsində məişət zorakılığı, insan alveri və erkən nikah kimi problemlərdən zərər çəkmiş şəxslərə sosial dəstək göstərilməsi üçün böyük həcmdə vəsait ayrılması nəzərdə tutulub. Sosial və psixoloji işlərin təşkili, həmçinin dövlət proqramlarının icrası xərclərini maliyyələşdirmək məqsədilə 2026-cı ilin büdcəsindən ümumilikdə 7.4 milyon manat vəsaitin ayrılması planlaşdırılır.
Bu maliyyə təminatı məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslərə, eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə aparılan sosial, psixoloji və psixo-pedaqoji işin təşkili üçün nəzərdə tutulur. Bu vəsait, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdindəki uşaq və ailələrə dəstək mərkəzlərinin saxlanılması və bir sıra dövlət proqramlarının icrasının təmin edilməsi xərclərini də qarşılayacaq.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə görə, Elm və Təhsil Nazirliyinin tabeliyində olan uşaq və ailələrə dəstək mərkəzinin fəaliyyəti üçün isə ayrıca 400 000 manat vəsait nəzərdə tutulub.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Növbəti il AYNA-ya bu qədər vəsait ayrılacaq
Azəri Xəbər

2026-cı ildə kənd təsərrüfatına ayrılacaq vəsaitin...
Azəri Xəbər

"TikTok"da insan alveri reklamı edildi - VIDEO
Son Xeberler

Azərbaycanda gələn il "Rəqəmsal İnkişaf Konsepsiya...
Azəri Xəbər
                                                                Neftçalada erkən nikahın qarşısı alınıb
Azəri Xəbər

Hacıqabulda erkən nikahın qarşısı alınıb
Azəri Xəbər
                                        


