
Milli Konservatoriyada 5 əməkdaş işdən çıxarılıb, qanunsuz yaradılmış 2 departament ləğv edilib
Azərbaycan Milli Konservatoriyasında (AMK) həyata keçirilən geniş **struktur islahatları** çərçivəsində ciddi kadr dəyişiklikləri edilib. Konservatoriyadan verilən məlumata görə, 5 əməkdaşla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əlavə olaraq, minimum ştat tələbləri gözlənilmədən qanunsuz yaradılmış 2 departament ləğv edilib. Bu addımlar iş fəaliyyətini düzgün planlaşdırmaq, əmək funksiyalarının təkrarlanmasını aradan qaldırmaq və beləliklə, maksimum effektivliyə nail olmaq məqsədi daşıyır. Ştat vahidlərinin ixtisar edilməsi və optimal işçi sayının müəyyənləşdirilməsi, ilk növbədə, **maliyyə resurslarının səmərəli istifadəsi** zərurətindən irəli gəlir. Konservatoriya tədris prosesinin təşkilində və keyfiyyətə nəzarət mexanizmində davamlılığı təmin etmək üçün bu islahatları davam etdirir.
İslahatlar nəticəsində ləğv edilən departamentlər normativ tələblərə uyğun yaradılmadığı üçün fəaliyyətləri dayandırılıb. Ləğv edilən strukturlar Beynəlxalq Əlaqələr Departamenti və İnsan Resursları Departamenti olub. Beynəlxalq Əlaqələr Departamenti cəmi 3 ştat vahidindən (departament müdiri, mütəxəssis, inspektor), İnsan Resursları Departamenti isə 2 ştat vahidindən (departament müdiri, kadrlar üzrə mütəxəssis) ibarət idi. Mövcud qaydalara görə, struktur vahidinin yaradılması üçün tələb olunan minimum ştat sayı bu departamentlərdə gözlənilməyib. Bu səbəbdən bu **qanunsuz yaradılmış 2 departament** rəsmi olaraq ləğv edilib. Optimallaşdırma işlərindən sonra bu departamentlərin funksiyaları digər Şöbə və Mərkəzlərin səlahiyyətlərinə daxil edilib.
AMK, eyni zamanda, İmtahan Mərkəzini də ləğv etmək qərarına gəlib. Bu Mərkəz tədris ili ərzində cəmi iki dəfə (qış və yay sessiyaları) imtahan təşkil edirdi. Konservatoriyada tələbə sayının azlığını nəzərə alsaq, Mərkəz ilin digər dövrlərində heç bir funksiya icra etmirdi. Buna görə də Mərkəzin fəaliyyəti dayandırılıb, funksiyaları isə Tədrisin təşkili və Keyfiyyət Təminatı Şöbəsinə verilib. İxtisara düşən ştatlarda çalışan əməkdaşlara gəldikdə, 7 nəfər işçi islahatlar çərçivəsində alternativ vəzifələrlə təmin edilib. Onlara təhsillərinə və iş təcrübələrinə uyğun yeni vəzifələr təklif olunub, beləliklə, həmin şəxslər digər vəzifələrə keçiriliblər.
Təhsil sistemi və təhsil islahatları haqqında yazıram. Müəllim kimi işlədikdən sonra bu sahədə jurnalist oldum.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Biləsuvarda məktəb direktoru işdən çıxarılıb
Azəri Xəbər

Tovuzda məktəb direktoru işdən çıxarılıb
Azəri Xəbər

Azərbaycanda bu şəxslər üçün qaz və elektrik limit...
Xəbər Anı

Hikmət Məmmədov işdən çıxarıldı - FOTO
Bugun.az

Nazir İdarə rəisini işdən çıxardı
Son Xeberler

Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı
Bugun.az



