
Misli Premyer Liqasında XIII tura start veriləcək

Misli Premyer Liqasında on üçüncü tura start verilir. Bu tur çərçivəsində ilk iki görüş bu gün keçiriləcək. Açılış qarşılaşmasında "Kəpəz" və "Zirə" klubları üz-üzə gələcəklər. Oyun saat 14:00-da başlayacaq.
Bu görüşdə "Kəpəz"in mövqeyi olduqca zəifdir. Komanda 6 xalla onuncu pillədə yerləşir. Əksinə, "Zirə" turnir cədvəlində 23 xalla ikinci sırada qərarlaşıb və yüksək pillələr uğrunda mübarizə aparır.
Günün digər maraqlı matçı "Neftçi" və "Turan" komandaları arasında baş tutacaq. "Neftçi" rəqibinin qonağı olacaq və bu görüş saat 18:30-da start götürəcək. "Neftçi" klubu 15 xalla səkkizinci yerdədir, "Turan" isə 23 xalla üçüncü sıradadır. Qeyd etmək lazımdır ki, Premyer Liqanın XIII turuna noyabrın 30-u yekun vurulacaq.
Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.
Bütün məqalələrə baxınOxşar xəbərlər

XIII tura start veriləcək - Premyer Liqa
Bugun.az

Misli Premyer Liqası: Bu gün XII tura yekun vurula...
Azəri Xəbər

Misli Premyer Liqasında XI tura start veriləcək
Azəri Xəbər

Misli Premyer Liqasında 8-ci tura yekun vurulub (Ə...
Azəri Xəbər

Premyer Liqa:İlk oyun qolsuz başa çatdı
Bugun.az

Azərbaycan Basketbol Liqasında IV tura bu gün star...
Azəri Xəbər



