
“Nar”da bu axşam daha bir avtomobil sevinci!

Sərfəli mobil operator “Nar” bu axşam “Çoox Şanslı” lotereyası çərçivəsində növbəti avtomobil tirajını həyata keçirdi. Həyəcanla gözlənilən bu tirajda “Haval H6 Ultra” avtomobilinin üçüncü qalibi müəyyən edildi. Bu avtomobil hədiyyəsi ilə yanaşı, daha üç “Nar” abunəçisi də Xiaomi Redmi Note 14 Pro smartfonunu qazanmaq sevincini yaşadı. Lotereya qaliblərinin adları tam təsadüfi seçim əsasında müəyyən olunur və nəticələr canlı yayımda elan edilir. Bu lotereya abunəçilərə ilin sonuna qədər dəyərli hədiyyələr qazandırır.
Lotereyada iştirak etmək olduqca sadədir. “Nar” abunəçiləri sadəcə balanslarını artırmalı və ya şans qazandıran şanslı paketlərdən birini aktivləşdirməlidirlər. Bu paketlərin fərqli variantları mövcuddur. Məsələn, 1 AZN-lik paket *71#YES kodu ilə aktivləşir, abunəçiyə 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsi verir. 2 AZN-lik şanslı paket (*72#YES) 7 şans və 35 şəbəkədaxili dəqiqə, 3 AZN-lik paket (*73#YES) isə 12 şans və 55 şəbəkədaxili dəqiqə qazandırır. Hər balans artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans verir, beləliklə, qalib olmaq ehtimalını artırır.
“Çoox Şanslı” lotereyasında hər gün Xiaomi Redmi Note 14 Pro smartfonu, hər həftə isə “Haval H6 Ultra” avtomobili uduşları davam edir. Final tirajında isə böyük mükafat olaraq “Li L9 Ultra” avtomobili oynanılacaq. Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını rahatlıqla izləyə bilirlər. Bunun üçün onlar “Nar+” tətbiqindən və ya nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsindən istifadə edə bilərlər.
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Şəkidə 15 Yaşlı Gənc Avtomobil Qəzasında Həlak Old...
Bugun.az

Ermənilərin atdığı top mərmisi bu evə düşüb -
Son Xeberler

Arzu Əliyeva paylaşım etdi
Bugun.az

Prezidentlə xanımının “İçərişəhər”dən
Son Xeberler

"Nar"da növbəti avtomobil qalibi bəlli olacaq – Hə...
Azəri Xəbər

Borçalı oğlunun ölüm ildönümündə paylaşım etdi -FO...
Bugun.az



