
"Neftçi" Samir Abasov ilə vidalaşıb

“Neftçi” futbol klubu baş məşqçi Samir Abasovla yollarını ayırdı. Klubun mətbuat xidməti bu barədə rəsmi məlumat yayıb. Bildirilib ki, ötən ilin oktyabrında müqavilə bağlanandan indiyədək rəhbərlik Abasova hər cür dəstək göstərib.
Ona komandanın qurulmasında və transfer fəaliyyətində tam səlahiyyət verilmişdi. Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra həyata keçirilmiş 14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi ilə baş tutdu. Həmçinin komandanı tərk edən oyunçularla bağlı bütün qərarları da məhz o vermişdi. Müqavilə bağlanarkən Samir Abasovun qarşısına əsas məqsəd yaradıcı və hücum futbolu sərgiləmək, həmçinin komandanın iştirak etdiyi bütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq qoyulmuşdu.
Lakin, keçən 12 tur ərzində komandanın inkişaf dinamikası qənaətbəxş olmadı. Turnir cədvəlində qərarlaşdığı yer də rəhbərliyi qane etmədi. Baş məşqçi mövsüm ərzində komandanın oyundan oyuna yüksələcəyinə və futbolçuların formasının noyabr ayında ən yüksək səviyyəyə çatacağına söz vermişdi. Buna baxmayaraq, son qarşılaşmalarda oyun keyfiyyətinin aşağı düşməsi müşahidə edildi. 12 oyunda qazanılan cəmi 3 qələbə arzuolunan sayılmadı. "İmişli" ilə görüşdəki məğlubiyyət isə enişin kulminasiya nöqtəsi oldu. Hazırda “Neftçi” Misli Premyer Liqasında 12 turdan sonra 15 xal ilə səkkizinci pillədə qərarlaşıb. Bu nəticələr rəhbərlik tərəfindən ciddi tənqidlə qarşılandı.
Klub rəhbərliyi Samir Abasovun “Neftçi”də həm oyunçu, həm də məşqçi kimi xidmətlərini nəzərə alaraq, peşəkar etika naminə ona özünün istefa verməsini təklif etdi. Ancaq baş məşqçi gətirilən arqumentlərlə razılaşmadı. O, cari nəticələrin elə də pis olmadığını, uğursuzluqların təsadüfi faktorlarla bağlı olduğunu iddia etdi. Abasov mövsüm sonunda komandanın ilk "üçlüyə" düşəcəyini söyləyərək istefadan imtina etdi. O, həmçinin bildirdi ki, klub onunla müqaviləyə birtərəfli qaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb edəcək. Qeyd olunanları nəzərə alan “Neftçi” rəhbərliyi Samir Abasovu istefaya göndərdi.
Hazırda yeni baş məşqçi axtarışları davam edir. Komandanı noyabrın 28-də “Turan Tovuz”la keçiriləcək qarşılaşmaya hazırlamaq vəzifəsi Sənan Qurbanova həvalə edilib. Klubun yeni rəhbəri tapana qədər Qurbanov müvəqqəti olaraq bu vəzifəni yerinə yetirəcək.
Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"Neftçi"də Gözlənilməz Dəyişiklik: Samir Abasov Ge...
Bugun.az
Samir Abasov: "Neftçi" Vensan Abubakarın arxasınca...
Azəri Xəbər

Samir Abasov imtina etdi - "Neftçi" istefaya göndə...
Bugun.az

"Uduzmağımız ağır durumdur" - "Neftçi"nin baş məş...
Bugun.az

"Neftçi" qalib gəldi
Bugun.az

"Neftçi" onu transfer etdi
Bugun.az



