Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

09.11.2025 16:15 10 baxış sayı 2 dəq. oxuma Trend
Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

ABŞ-nin Nyu York şəhərində Azərbaycanın Dövlət Bayrağı qaldırılıb. Bu tədbir 8 Noyabr – Zəfər Günü, ölkənin Vətən müharibəsində qazandığı şanlı Qələbənin 5-ci ildönümü və 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə keçirilib. Üçrəngli bayrağımız Nyu Yorkun simvolu və maliyyə mərkəzi sayılan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən olan "Wall Street"dəki "Bowling Green" parkında ucaldıldı.


Bu məkan Nyu York şəhərinin ilk rəsmi parkı və böyük bayraq meydanı kimi tanınır. Tədbir Azərbaycan-Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutdu. Mərasimdə çıxış edənlər 8 Noyabr – Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən danışdılar. Onlar Azərbaycan xalqının təxminən 30 ilə yaxın həsrətlə gözlədiyi qələbənin qürurunu və sevincini yaşadığını vurğuladılar.


Qeyd edildi ki, 44 günlük Vətən müharibəsi dövründə xalqımız bir amal uğrunda yumruq kimi birləşdi. Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, qəhrəman şəhid və qazilərimizin tarix yazdığı bildirildi. Onların Vətən uğrunda göstərdikləri fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaq.


Mərasimdə Dövlət Himnimizin sədaları altında bayrağımız havaya qaldırıldı. Yerli əhali və turistlər bu hadisəni maraqla izlədilər, bayrağın fonunda şəkillər çəkdirdilər. Soydaşlarımız onlara ölkəmiz haqqında məlumatlar verdilər. Azərbaycan Respublikasının Dövlət Bayrağı "Bowling Green" parkında ümumilikdə 10 gün dalğalanacaq.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: