
Oğurluqda şübhəli bilinən şəxs İrandan Azərbaycana ekstradisiya ediləcək
Azərbaycan Respublikası vətəndaşı olan Hüseynov Ülvi Rafik oğlu İrandan Azərbaycana ekstradisiya ediləcək. Baş Prokurorluqdan verilən məlumata görə, İran İslam Respublikasının səlahiyyətli orqanları Baş Prokurorluğun bu barədəki vəsatətini təmin ediblər.
Bu təhvil etmə prosesi "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında təslim etmə haqqında" 21 fevral 1998-ci il tarixli Müqavilənin tələblərinə uyğun aparılır. Ülvi Hüseynov oğurluq cinayət əməli törətməkdə əsaslı şübhəli bilinirdi.
O, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edildikdən sonra istintaqdan qaçıb gizlənmişdi. Onun yeri müəyyən edilə bilmədiyinə görə, şəxs haqqında beynəlxalq axtarış elan edilmişdi.
Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə artıq zəruri tədbirlərə başlanılıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti hazırda bu prosesi idarə edir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

16 minlik oğurluq edən şəxs saxlanıldı
Bugun.az

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs Almani...
Azəri Xəbər

Bakıda maşından oğurluq edildi
Bugun.az

Sumqayıt və Binəqədidə oğurluqda şübhəli bilinən ş...
Azəri Xəbər

Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İ...
Azəri Xəbər
Azərbaycan vətəndaşı Gürcüstandan ekstradisiya olu...
Azəri Xəbər



