
Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? – CƏDVƏL

Bu ilin noyabr ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb. "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bu barədə məlumat verib.
Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb. Həmin rayonda bir sot torpağın orta qiyməti 425,002 manat təşkil edib. Bu göstərici ötən ilin eyni ayındakı rəqəmlə müqayisədə 41,1 faiz yüksəliş deməkdir. Bu statistik göstəricilər Bakıda torpaq bazarının son bir ildə davamlı qiymət artımı nümayiş etdirdiyini, xüsusilə mərkəzi rayonlarda daha intensiv artımın baş verdiyini təsdiqləyir.
Paytaxtın Yasamal rayonu da torpaq bazarında yüksək artım göstərib. Noyabrda bu rayonda torpağın orta qiyməti 209,258 manata çatdı ki, bu da 38,6 faiz artım deməkdir. Digər mərkəzi bölgələr olan Nərimanov və Nəsimi rayonları da diqqət çəkən göstəricilərlə seçilir. Nərimanovda orta qiymət 302,671 manat (+14 faiz), Nəsimidə isə 298,028 manat təşkil edib və burada bahalaşma 21 faiz səviyyəsində olub.
Mərkəzdən kənar rayonlarda da ciddi qiymət artımları qeydə alınıb. Noyabrda bir sot torpağın orta qiyməti Xətai rayonunda 231,895 manat (+18,4%) təşkil edib. Nizami rayonunda qiymət 69,582 manat (+25,5%), Binəqədi rayonunda 56,255 manat (+22,2%) olub. Sabunçu rayonunda orta qiymət 47,557 manat (+17,2%), Xəzər rayonunda 26,580 manat (+16%) səviyyəsindədir.
Ən aşağı orta qiymətlər Qaradağ və Pirallahı rayonlarında müşahidə edilsə də, burada da artım tendensiyası davam edir. Suraxanı rayonunda orta qiymət 26,525 manat (+12,5%), Qaradağ rayonunda 15,820 manat (+6,3%) təşkil edib. Pirallahı rayonunda isə bir sot torpağın qiyməti 10,100 manat olub və 9,3 faiz artıb. Göründüyü kimi, 2025-ci ilin noyabr ayında Bakının bütün rayonlarında torpaq qiymətləri artıb.
Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanda orta illik inflyasiya artıb
Bugun.az
İndoneziyada daşqın və torpaq sürüşmələrində ölənl...
Azəri Xəbər

Torpaq bazarında qiymətlər necədir? - AÇIQLAMA
Azəri Xəbər

Bakıda kafe və restoranlarda qiymətlər artıb -
Son Xeberler

Azərbaycanda taksi qiymətləri artdı
Xəbər Anı

Ötən ay dəmiryolu ilə sərnişindaşımalar artıb
Bugun.az



