
Paytaxtda ölümlə nəticələnən qəzada təqsirləndirilən həkimin məhkəməsi keçirilib

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən həkim, Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sabunçu rayon Məhkəməsində keçirilən iclasda qəza ilə bağlı rəy verən ekspertlər - Təhmasib Bağırov və Lətif Əliyev tərəflərin suallarını cavablandırıblar. Təqsirləndirilən şəxsin vəkili Musa Abdinov bildirib ki, ekspertlərin hadisə ilə bağlı təqdim etdiyi rəy yanlışdır. Ekspertlər isə öz növbəsində rəyin doğru olduğunu izah edərək, onu müdafiə ediblər. Zərərçəkmiş tərəfin vəkilləri ekspert rəyi ilə razılaşıb.
Daha sonra məhkəmə mülki iddiaya baxmağa başlayıb. Azər Maqsudov mülki iddianı qəbul etməyib. O qeyd edib ki, qarşı tərəf əvvəlcə onlardan iki ədəd ikiotaqlı mənzil tələb edib. Sonradan tələblər dəyişərək pul məbləğinə çevrilib: əvvəlcə 400 min manat, sonra 250 min manat, sonda isə 125 min manat istənilib. Həkim bu məbləği qarşılaya bilmədiklərini deyib və əvəzində 45 min manat təklif etdiklərini bildirib. Maqsudov həmçinin himayəsində iki azyaşlı uşaq olduğunu, onlardan birinin I qrup əlil olduğunu diqqətə çatdırıb.
Məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı yekun çıxış üçün məhkəmədən əlavə vaxt istəyib. Məhkəmənin növbəti iclası oktyabrın 27-də keçiriləcək.
Xatırladaq ki, qəza 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib. Azər Maqsudov noyabrın 15-i axşam saat 23 radələrində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Hadisə 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsinə qəfil çıxması nəticəsində olub. A. Maqsudov dərhal xəsarət alan Acaloğlunu Sabunçu rayon xəstəxanasına aparsa da, həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Qəza nəticəsində həyatını itirən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya elmi konfransda iştirak etmək üçün gəlibmiş.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Ağır qəzada ölən polislərin FOTOSU
Bugun.az

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna...
Azəri Xəbər

İmişlidəki qəzada ölən məktəblilər xalaqızı olubla...
Bugun.az

Azərbaycanda dəhşətli yol qəzası -
MədənçiXəbər

Göyçayda ağır qəza -Ölən var
Bugun.az

5 yaşlı uşaq qəzada xəsarət aldı
Bugun.az