Paytaxtda turizm şirkətindən 20 min manat oğurlayan şəxs saxlanılıb

21.11.2025 09:35 3 baxış sayı 2 dəq. oxuma Trend
Paytaxtda turizm şirkətindən 20 min manat oğurlayan şəxs saxlanılıb

Nəsimi rayonunda böyük talama cinayəti qeydə alınıb. Naməlum şəxs axşam saatlarında rayon ərazisində yerləşən turizm şirkətlərinin birindən külli miqdarda pul oğurlamışdı. Hadisə nəticəsində şirkətə 20 min manat ziyan dəymişdi.


Zərərçəkən tərəf bu barədə dərhal polisə məlumat verdi. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov müəyyən olunaraq saxlanıldı. Aparılan araşdırmalarla məlum oldu ki, Ş.Hüseynovun əməlləri bununla bitmir. O, daha bir vətəndaşa məxsus mağazadan 620 manat oğurladığına görə də məsuliyyət daşıyır.


Polis əlavə tədbirlər keçirərkən rayonda başqa bir oğurluq hadisəsinin iştirakçısı da aşkarlandı. Rayon ərazisində yerləşən özəl klinikaların birindən 540 manat oğurlamaqda şübhəli bilinən Ş.Həsənov da polis tərəfindən tutulub. Hər iki şəxsin əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: