“Qalatasaray” Frank Kessyeni transfer etmək istəyir

22.11.2025 19:15 4 baxış sayı 1 dəq. oxuma Trend
“Qalatasaray” Frank Kessyeni transfer etmək istəyir

Transfer çalışmalarını davam etdirən “Qalatasaray” heyətinə yeni bir legioner cəlb etməyi planlaşdırır. İstanbul təmsilçisi Fil dişi Sahilindən olan tanınmış futbolçu Frank Kessiyeni ilə ciddi maraqlanır.


Klub rəhbərliyi artıq futbolçunun meneceri ilə danışıqlara başlayıb. Tərəflər razılıq əldə edərsə, 28 yaşlı Kessiyeni yayda “Qalatasaray”la 2+1 illik müqavilə imzalayacaq.


Kessiyenin zəngin karyerası var. O, Fil dişi Sahilində “Stella Klub”da çıxış edib, sonra İtaliyada “Atalanta”, “Çezena” və “Milan” kimi komandalarda oynayıb. İspaniyada “Barselona”nın şərəfini qoruyan futbolçu 2023-cü ildə Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ilə üç illik müqavilə bağlamışdı.


C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: