"Qalatasaray"ın futbolçusu klubunu dəyişə bilər

15.11.2025 17:15 4 baxış sayı 1 dəq. oxuma Trend
"Qalatasaray"ın futbolçusu klubunu dəyişə bilər

"Qalatasaray"ın futbolçusu Yusuf Demir qış fasiləsində klubunu dəyişmək ehtimalı var.


"Sabah" nəşrinin məlumatına görə, "Göztepe" avstriyalı vingerin xidmətində ciddi maraq göstərir. İzmir təmsilçisi "Qalatasaray"da heyətə düşməkdə çətinlik çəkən Yusufu icarəyə götürmək niyyətindədir.


22 yaşlı futbolçu özü də "Göztepe"yə keçidə müsbət yanaşır. Bu mövsüm Avstriya millisinin üzvü İstanbul klubunun heyətində hələ rəsmi oyunlarda meydana çıxmayıb.


"Qalatasaray" Yusuf Demiri 2022-ci ilin yayında Vyana "Rapid"indən transfer etmişdi.


S
Şahmat müxbiri

Şahmat və zehin idmanları haqqında yazıram. Azərbaycanın bu sahədə güclü ənənələri var və izləməyə dəyər.

Bütün məqalələrə baxın
Paylaş: