
"Qarabağ"ın futbolçusundan unikal göstərici

“Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Leandro Andrade böyük Avropa futbol turnirlərinin tarixində unikal bir uğura imza atıb. Təcrübəli futbolçu bu göstəricisi ilə adını futbol tarixinə yazdırıb. O, üç fərqli oyunda, matçın məhz birinci dəqiqəsində qol vurmağı bacaran ilk oyunçu olub. Leandro Andrade belə bir nadir rekorda imza atan ilk futbolçu kimi qeydə alınıb.
Futbolçunun bu tarixi uğuru Avropanın ən böyük üç turnirində reallaşıb. Bu qollar üç fərqli oyunda - “Hakken”, FKSB və “Atletik Bilbao”ya qarşı matçlarda vurulub. İlk dəfə bu göstərici 2023-cü ilin dekabrında, “Qarabağ”ın “Hekken”lə UEFA Avropa Liqasının qrup mərhələsi oyununda qeydə alınıb.
Daha sonra, 2025-ci ilin yanvarında UEFA Konfrans Liqasının pley-off mərhələsində FKSB-yə qarşı oyunda yenə birinci dəqiqədə fərqlənib. Üçüncü və sonuncu tarixi qol isə 2025-ci ilin oktyabrında “Atletik”lə UEFA Çempionlar Liqasının Liqa mərhələsi matçında vurulub. Bu, futbolçu karyerasında sürətli başlanğıcın unikal nümunəsidir. Beləliklə, Andrade üç fərqli oyunda ilk dəqiqədə qol vuran ilk futbolçu kimi Avropa futbol tarixində öz yerini təmin edib.
Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

İki itkin-şəhid dəfn ediləcək - FOTO
Bugun.az

Bu abidə ermənilərin Dağlıq Qarabağa köçürüldüyünü
Son Xeberler

Afaq Aslan lüt soyundu -
Şou Xəbər

Ölkəyə gələn turistlərin sayında artım var
Bugun.az

Daha bir hərbçimizin əsirlikdə olan GÖRÜNTÜSÜ -
Son Xeberler

"Son zəng" günü dənizdə batan Elmirin FOTOSU
Bugun.az