
Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat yekunlaşmaq üzrədir

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau aeroportu yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan araşdırma son mərhələsinə qədəm qoyub. Təhqiqatın yekun nəticələrinin 2025-ci ilin sonunda və ya 2026-cı ilin əvvəlində ictimaiyyətə təqdim olunması gözlənilir. Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev bu barədə açıqlama verib. O bildirdi ki, hadisə ilə bağlı araşdırma iki əsas hissədən ibarətdir: Baş Prokurorluğun apardığı cinayət işi çərçivəsində olan hissə və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi texniki araşdırma. Baş Prokurorluq bu istiqamətdə Rusiya və Azərbaycanın müvafiq qurumları ilə sıx əməkdaşlıq edir.
Nəqliyyat Nazirliyi tərəfindən aparılan araşdırma hissəsi isə artıq son mərhələdədir. Hazırda hökumət aeronaviqasiya cihazları və digər avadanlıqlarla bağlı lisenziya sahiblərindən və texnologiya təminatçılarından yekun rəyin verilməsini gözləyir. Bozumbayev qeyd etdi ki, Nəqliyyat Nazirliyi üzrə araşdırmanı bəlkə də bu ilin sonunda və ya gələn ilin əvvəlində başa çatdırmağa hazır olacaqlar. Baş Prokurorluğun cinayət işi üzrə təhqiqatında da irəliləyişlər var. Müxtəlif qonşu dövlətlərin rəhbərlərinin verdiyi açıqlamalar nəzərə alınır. Hökumət rəsmisi bu cinayət işi üzrə təhqiqatın da gələn il başa çatacağına ümid etdiyini vurğulayıb.
Xatırladaq ki, bu ağır hadisə 25 dekabr 2024-cü il tarixində baş verib. Azərbaycan Hava Yollarına (AZAL) məxsus və 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin təyyarəsi Bakıdan Rusiyanın Qroznı şəhərinə uçuş həyata keçirirdi. Təyyarə Qazaxıstan ərazisində, Aktau hava limanının yaxınlığında qəzaya uğradı. Qəza nəticəsində iki uçuş heyəti üzvü və 35 sərnişin həlak oldu. Pilotların və bələdçilərin yüksək peşəkarlığı və göstərdiyi cəsarət sayəsində təyyarə qəza enişi edərək 29 nəfərin həyatını xilas etməyə imkan verdi. Qazaxıstanda qəza-xilasetmə tədbirləri dərhal həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilmişdi.
İlkin hesabatda hadisə ilə bağlı bəzi mühüm faktlar öz təsdiqini tapıb. Qeydedicilər vasitəsilə məlum olub ki, hava gəmisi Bakıdan Qroznıya qədər olan uçuş hissəsində tamamilə uçuşa yararlı vəziyyətdə idi. Həmçinin, təyyarənin mühərriklərinin hər ikisi qəza anına qədər heç bir texniki problem olmadan işləmişdir. Təyyarə Rusiya Federasiyasının hava məkanında uçuş əməliyyatları apararkən GPS siqnallarının itməsi halı ilə qarşılaşıb. Hava şəraitinin əlverişsizliyi səbəbindən Qroznı üzərində ikinci enişi edə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq qərarı verdi. Bu qərarın verilməsindən sonra Kokpit Səsyazma Qeydedicisində (CVR) 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydə alınıb. Bu kənar səslərdən sonra qısa müddət ərzində 3-cü, ardınca 1-ci və 2-ci hidravlik sistemlər funksionallığını itirərək sıradan çıxmışdır.
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı ekspert...
Bugun.az

Gürcüstanın DİN qəza ilə bağlı məlumat yaydı
Bugun.az

Azərbaycan Ombudsmanı Türkiyənin C-130 təyyarəsini...
Azəri Xəbər
Türkiyə PA: Hərbi yük təyyarəsinin Gürcüstanda qəz...
Azəri Xəbər

AZAL təyyarəsinin vurulması təsdiqləndi - DETALLAR
Bugun.az
Sahibə Qafarova Numan Kurtulmuşa başsağlığı məktub...
Azəri Xəbər



