Qvatemalalı gözəllik kraliçası avtoqəzada həyatını itirib

20.11.2025 08:25 3 baxış sayı 2 dəq. oxuma Trend
Qvatemalalı gözəllik kraliçası avtoqəzada həyatını itirib

Qvatemalada 15 yaşlı gözəllik kraliçası İvana Marsela Lopes Murales faciəvi şəkildə həlak olub. Gənc qız ağır yol qəzasında dünyasını dəyişib. Xarici KİV-ə istinadən verilən məlumata görə, hadisə gənc kraliçanın idarə etdiyi motosikletlə bağlı olub.


Muralesin motosikleti yüksək sürətlə hərəkət edərkən bir pikapa çırpılıb. Bu güclü toqquşma nəticəsində 15 yaşlı İvana Marsela Lopes Murales ağır xəsarətlər alıb. Qəza yerinə gələn xilasedicilər ona dərhal ilkin tibbi yardım göstəriblər, lakin xəsarətlərin çox ciddi olması səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb.


Gözəllik kraliçası elə hadisə yerində keçinib. Qəzadan sonra polis pikapın sürücüsünü saxlayıb. Hazırda hüquq-mühafizə orqanları qəzanın baş vermə səbəblərini tam aydınlaşdırmaq üçün araşdırmalar aparır. Qeyd edilir ki, İvana Marsela Lopes Murales 2024-cü ildə Nueva-Koncepsiyon şəhərində keçirilən Çiçəklər Festivalında qalib gələrək gözəllik kraliçası seçilmişdi.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: