
Rubio ABŞ-ın planını Ukrayna üzrə danışıqlar üçün “möhkəm əsas” adlandırıb

ABŞ Dövlət katibi Marko Rubio, Vaşinqtonun təklif etdiyi planın Ukrayna münaqişəsinin nizamlanması üçün əsas olduğunu bildirib. Rubio bu planı danışıqlar üçün "möhkəm əsas" adlandırıb. O, özünün X sosial şəbəkə hesabında sülh təklifinin ABŞ tərəfindən hazırlandığını və davam edən danışıqlar üçün möhkəm zəmin kimi təqdim edildiyini yazıb.
“Reuters” agentliyinin Dövlət Departamentinin sözçüsünə istinadən yaydığı məlumata görə, Rubio şənbə günü Vaşinqtondan Cenevrəyə yola düşüb. Vaşinqtonun nizamlanma planı üzrə aparılacaq danışıqlar noyabrın 23-nə təyin edilib. Bu görüşlərdə aparıcı Aİ ölkələrinin, həmçinin ABŞ və Ukrayna nümayəndələrinin iştirakı gözlənilir.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Rubio: Ukrayna nümayəndə heyəti ilə görüşlərdən so...
Azəri Xəbər

ABŞ Dövlət Katibi Marko Rubio Ukrayna Sülh Planınd...
Son Xeberler

CNN: ABŞ-ı Cenevrə danışıqlarında Rubio və Uitkoff...
Azəri Xəbər

ABŞ və Ukrayna sülh planı ilə bağlı irəliləyiş əld...
Azəri Xəbər
ABŞ Ukrayna münaqişəsinin tezliklə bitməsini istəy...
Azəri Xəbər
ABŞ hər iki tərəfin Ukrayna ilə bağlı qırmızı xətl...
Azəri Xəbər



