
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib

Azərbaycan xalçaçılarının "Səmavi dinlər" layihəsi əsasında ərsəyə gətirdiyi triptix Vatikanda təqdim edilib. Bu bənzərsiz sənət əsəri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşündə nümayiş olundu. Təqdimat iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dərin fəlsəfi düşüncənin və milli sənətkarlıq ruhunun təcəssümü kimi qiymətləndirilir.
Hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır. Lakin bu parçalar bir araya gəldikdə, bütün insanlığın ortaq dəyərlərini - sülhü, mərhəməti və ədaləti ifadə edir. Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən qaynaqlanan universal dəyərlərin daşıyıcısıdır. O, həm də ölkənin mədəni diplomatiya strategiyasının əyani nümunəsi sayılır.
Triptixin həm Vatikanda, həm də dünyanın müxtəlif ölkələrində sərgilənməsi planlaşdırılır. Bu baxımdan, əsərin beynəlxalq səviyyədə nümayişi Azərbaycanın multikultural irsinin dünyaya tanıdılması baxımından böyük mədəni-siyasi əhəmiyyətə malikdir. Bu təqdimat Azərbaycanın mədəni səsini qlobal miqyasda eşitdirir. Eyni zamanda, o, Azərbaycan xalça sənətinin yalnız estetik yox, həm də fəlsəfi dəyər daşıdığını göstərir.
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Paşinyan Vatikanda Azərbaycanla sülhdən danışdı
Bugun.az

Parlament Vəng kəndinin Çinarlı adlandırılmasını t...
Son Xeberler

Nümayəndələr Palatası rəqəmsal aktivlərlə bağlı qa...
Bugun.az

Milli Məclisin növbəti plenar iclası başladı
Bugun.az

Milli Məclisin plenar iclası başladı
Son Xeberler

Bu gün komendant saatının ləğvi ilə bağlı qərar ve...
Son Xeberler