TDT-nin Media Forumu çərçivəsində üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanlarına həsr olunan panel sessiya keçirilir

27.11.2025 12:45 10 baxış sayı 2 dəq. oxuma Trend
TDT-nin Media Forumu çərçivəsində üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanlarına həsr olunan panel sessiya keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu işini davam etdirir. Bu tədbir TDT-yə üzv ölkələrin media qurumları arasında əlaqələrin gücləndirilməsinə və birgə fəaliyyət imkanlarının müzakirəsinə xidmət edir. Forumun əsas panellərindən biri “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzusuna həsr olunub.


Bu ikinci panel sessiyasında iştirakçılar rəqəmsal texnologiyaların inkişafı şəraitində Türk dövlətlərinin media sahəsində necə birgə çalışa biləcəyini müzakirə edirlər. Sessiyanın moderatorluğunu CBC telekanalının baş redaktoru, eyni zamanda Xəbərlər, xüsusi layihələr və SMM şöbəsinin rəhbəri Elmira Musazadə həyata keçirir. Tədbirdə Azərbaycan da daxil olmaqla, Təşkilata üzv və müşahidəçi dövlətlərdən bir sıra yüksək səviyyəli şəxslər spiker qismində çıxış edirlər.


Panelin əsas spikerləri arasında Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti və Milli Məclisin deputatı Sevil Mikayılova yer alır. Qazaxıstanı “Qazaxıstan” Respublika Teleradio Korporasiyası Səhmdər Cəmiyyətinin “Balapan” telekanalının direktoru Makpal Ukenova təmsil edir. Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin departament rəhbəri Tohir Umarov və Şimali Kipr Türk Respublikasının xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı da media əməkdaşlığı məsələlərinə dair təqdimatlarla çıxış edəcəklər.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: