"The Times": Britaniya XİN ABŞ-nin planının Ukraynada sülhün əsası ola biləcəyinə inanır

23.11.2025 02:27 8 baxış sayı 2 dəq. oxuma Report
"The Times": Britaniya XİN ABŞ-nin planının Ukraynada sülhün əsası ola biləcəyinə inanır

Böyük Britaniya diplomatları özəl söhbətlərdə etiraf edirlər ki, Tramp administrasiyasının Ukraynadakı müharibəyə son qoymaq təklifi döyüşlərin dayandırılması üçün bir əsas yarada bilər. “The Sunday Times” qəzeti mənbələrə istinadən bildirir ki, Britaniya rəsmiləri bu planı indiki şəraitdə real hesab edirlər. Bir Britaniya diplomatı nəşrə açıqlamasında deyib ki, "Mükəmməl olmasa da, bu, Kiyevin ümid edə biləcəyi ən yaxşı variant ola bilər."


Diplomat əlavə edib ki, bu təklif qan tökülməsinə son qoymağa zəmin hazırlaya bilər və diqqəti Ukraynanın yenidən qurulması istiqamətinə yönəltməyə imkan verə bilər. Digər tərəfdən, Britaniya mətbuatında bir çox ekspert Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması ilə bağlı bəndi sərt tənqid etsə də, Böyük Britaniya Müdafiə Nazirliyi analitikləri fərqli fikirdədirlər. Onlar hesab edirlər ki, Kiyev uzunmüddətli perspektivdə 500 mindən çox hərbi qulluqçu saxlaya bilməyəcək.


Nəşr həmçinin Trampın planının bəzi məlumatların əksinə olaraq Ukraynaya uzaqmənzilli silahlara sahib olmağı qadağan etmədiyini iddia edib. Ağ Evin rəhbəri Donald Tramp özü də jurnalistlərin suallarını cavablandırarkən, Amerikanın Ukraynada nizamlanma planının yekun olmadığını açıqlayıb. Bu planı müzakirə etmək üçün ABŞ, Avropa və Ukrayna nümayəndələri arasında danışıqlar noyabrın 23-də İsveçrədə keçiriləcək.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: