
Tovuzda dəmir yolu faciəsi: qatarın vurduğu 17 yaşlı gəncin kimliyi müəyyənləşdi

Tovuzda dəmir yolu xəttinə qəfil çıxaraq qatarın vurması nəticəsində həyatını itirən şəxsin kimliyi müəyyən edilib.
Yerli mənbələrdən daxil olan məlumata görə, həlak olan şəxs Tovuz rayon sakini, 2007-ci il təvəllüdlü Ədalət Nərimanlıdır. Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Hadisənin təfərrüatı və ADY-nin bəyanatı
Məlumatda qeyd edilir ki, faciə bu gün saat 19:30 radələrində qeydə alınıb. Hərəkətdə olan qatar Qovlar-Tovuz sahəsində dəmir yolu xəttinin qadağan olunmuş hissəsindən keçməyə cəhd edən gənci vurub.
“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, qatarın qarşısına qəflətən insan çıxıb. Maşinist tərəfindən dərhal təcili tormozlama tətbiq olunsa da, məsafənin az olması səbəbindən toqquşmanın qarşısını almaq mümkün olmayıb, nəticədə həmin şəxs dünyasını dəyişib.
ADY bir daha vətəndaşlara dəmir yolu xətlərini yalnız müəyyən edilmiş piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırış edir. Qaydalara riayət etmək vacibdir və onların pozulması inzibati məsuliyyət yaradır.
***
Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı müvafiq araşdırmalara başlanılıb.
Etiketlər
Oxşar xəbərlər

Tovuzda dəmiryol qəzası: Qatar orta yaşlı kişini v...
Azəri Xəbər

Bakıda intihar edən gəncin kimliyi bilindi
Son Xeberler

TikTok Video Çəkmək İstəyərkən Həyatını İtirib
Son Xeberler

Tovuzda ev yandı - Ölən var
Bugun.az

Bakıda iki nəfər qatarın altında qalıb öldü
Xəbər Anı

İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin tə...
Son Xeberler