
Tramp Kolumbiya Prezidentini daha diqqətli olmağa çağırıb

ABŞ Prezidenti Donald Tramp kolumbiyalı həmkarı Qustavo Petronu bəyanatlarında diqqətli olmağa çağırıb. Əks halda Amerika administrasiyası həm ona, həm də ölkəsinə qarşı çox ciddi tədbirlər görəcəyini bildirib.
Tramp bu sərt xəbərdarlığı, Petronun "Univision" telekanalına verdiyi müsahibəyə cavab olaraq edib. Kolumbiya lideri həmin müsahibədə dünyanın ya Trampı dəyişdirməli, ya da "ondan qurtulmalı" olduğunu söyləmişdi. ABŞ prezidenti öz açıqlamasında Kolumbiya rəhbərini ağır şəkildə tənqid edib. "O, bandtidir və pis insandır, ölkəsinə çox ziyan vurub," deyə Tramp qeyd edib.
O, Kolumbiya rəhbərliyinin pis işlədiyini, ölkədə kokain istehsal edən fabriklərin olduğunu bildirib. Tramp əlavə edib ki, Kolumbiya hər cür zir-zibili və narkotikləri, o cümlədən ABŞ-yə daxil olan pis narkotikləri yetişdirir. Bu maddələr, adətən, Meksika vasitəsilə ABŞ-yə çatdırılır. Tramp, Petroya bir daha xəbərdarlıq edərək, onun daha ehtiyatlı olması lazım olduğunu vurğulayıb. "Yoxsa biz ona və onun ölkəsinə qarşı çox ciddi tədbirlər görəcəyik," deyə Amerika lideri bildirib. O, yekunlaşdıraraq, Kolumbiyanın hazırda sürükləndiyi vəziyyəti "ölümcül tələ" adlandırıb.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

ABŞ oktyabrın 20-də Kolumbiyaya qarşı rüsumların a...
Azəri Xəbər

Tramp bu prezidenti hədələdi
Bugun.az

Tramp: Dünya Müharibəsinə Doğru Gedirik!
KIBRIT MEDIA

DİN vətəndaşlara çağırış etdi
Bugun.az

Kolumbiya Prezidenti Petro: ABŞ Karib dənizində gə...
Son Xeberler

ALBA-TCP Trampın Kolumbiyaya Qarşı Təhdidlərini Kə...
Son Xeberler