
Tramp Koreyada ali dövlət mükafatı ilə təltif olunub
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyada ölkənin ən yüksək dövlət mükafatı ilə təltif edilib. Cənubi Koreya Respublikasının Prezidenti Li Çje Myon Trampa “Muqunhva” ordenini təqdim edib. Bu, Cənubi Koreya dövlətinin xarici və yerli liderlərə verdiyi ən yüksək dərəcəli mükafat sayılır.
Bu mükafatla yanaşı, ABŞ Prezidentinə qədim Koreya dövləti Silla krallığının tacının qızıl suyuna çəkilmiş surəti də hədiyyə olunub. Orden Cənubi Koreya və xarici dövlətlərin prezidentlərinə dövlətin möhkəmləndirilməsi, sülhün və xalqların rifahının təmin olunması sahəsindəki mötəbər xidmətlərinə görə təqdim olunur.
Bu ali mükafata xarici liderlərin həyat yoldaşları da layiq görülə bilərlər. Lakin Donald Tramp xüsusi bir tarix yazıb. O, “Muqunhva” ordeni ilə təltif edilən ilk amerikalı prezidentdir. Bu təqdimat ABŞ və Koreya arasındakı diplomatik əlaqələrə verilən yüksək dəyəri nümayiş etdirir.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Əli Hüseynli Macarıstan Prezidenti tərəfindən orde...
Bugun.az

Prezident Əziz Sancarın təltif olunma mərasimində...
Bugun.az

Ronaldoya Portuqaliya futbolunun ali mükafatı ver...
Bugun.az

Prezident Sərəncam imzaladı
Bugun.az

Təltif olunan hərbi qulluqçuların sayı açıqlandı
Son Xeberler

Prezident bu şəxsləri "Şöhrət" ordeni ilə təltif e...
Son Xeberler



