Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB

08.11.2025 08:57 4 baxış sayı 2 dəq. oxuma Report
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü mərasimində iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə gəlib. Ali qonaq Bakıda rəsmi heyət tərəfindən qarşılandı. Noyabrın 8-də Heydər Əliyev Beynəlxalq Aeroportunda iki ölkənin Dövlət bayraqları dalğalanırdı.


Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və Türkiyənin milli müdafiə naziri Yaşar Güler başda olmaqla digər rəsmi şəxslər qarşıladılar. Səfərin əsas məqsədi Türkiyə liderinin 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda keçiriləcək mərasimlərdə iştirak etməsidir.


Səfər çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Prezident Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşməsi nəzərdə tutulub. Həmçinin, mərasimə qatılan Pakistanın Baş naziri Şahbaz Şəriflə də danışıqlar aparılacaq. Bu görüşlərdə tərəflər regional və qlobal miqyaslı məsələləri müzakirə etməyi planlaşdırırlar.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: