
Türkiyə sığorta bazarı üzrə yığımlar 30 milyard dollara çatacaq - Özgür Obalı

Türkiyə sığorta bazarı sabitlik nümayiş etdirir və davamlı olaraq böyüməkdədir. Hazırda bu sektorda 68 sığorta şirkəti fəaliyyət göstərir. Bir neçə il əvvəl şirkət sayı 70-dən çox olsa da, son dövrlərdə bazarda konsolidasiya meylləri müşahidə olunur. Bu barədə Türkiyə Sığorta Assosiasiyasının baş katibi Özgür Obalı Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025"də çıxışı zamanı məlumat verib.
Son dörd il ərzində ümumi sığorta haqlarının (primlərin) ikiqat artması gözlənilir. 2021-ci ildə bu rəqəm 14,4 milyard ABŞ dolları idi. 2025-ci ilin sonuna isə yığımların 30 milyard dollara çatması proqnozlaşdırılır. 2024-cü ilin sentyabr ayına olan məlumatlara əsasən, primlərdə illik təxminən 30% artım olub və məbləğ 22,1 milyard dollara yüksəlib. Sığorta sektorunun ümumi aktivlərinin dəyəri 77,5 milyard dolları ötüb. Təmin edilən ümumi zəmanət məbləği təxminən 22 trilyon dolları keçir ki, bu göstərici ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 22 qatına bərabərdir.
Özgür Obalı, sığortanın insan üçün nəfəs qədər həyati olduğunu, eyni şəkildə Türkiyə iqtisadi ekosisteminin davamlılığı üçün də çox mühüm əhəmiyyət daşıdığını bildirib. Hazırda Türkiyədə təxminən 34 milyon aktiv sığortalı şəxs var. Bu rəqəm sığortalanma potensialı olan əhalinin təxminən yarısına bərabərdir. Passiv sığortalılar da nəzərə alınsa, bu rəqəm 45 milyona qədər yüksəlir. Sığorta sektoru məşğulluq baxımından da ciddi rol oynayır. Hazırda bu sahədə birbaşa olaraq 27 500-dən çox şəxs çalışır. Brokerlər, agentliklər, şirkət əməkdaşları, xəstəxanalar və təmirxanalar kimi digər tərəfdaşlarla birlikdə bu ekosistem ümumilikdə 350 min nəfəri əhatə edir. Bu cür dinamik inkişaf Türkiyəni bölgə miqyasında cəlbedici sığorta mərkəzinə çevirib.
Branşlara, yəni sığorta növlərinə görə bölgüyə baxdıqda, Türkiyə sığorta bazarı nisbətən balanslı bir struktur göstərir. Kasko və icbari avtomobil sığortası (MTPL və MOD) hələ də bazarda böyük paya malikdir, ümumi portfelin təxminən yarısını təşkil edir. Lakin bu payın tədricən azalması müsbət bir tendensiyadır. Xüsusilə sağlamlıq sığortası son illərdə rekord səviyyədə artım göstərərək bazarda əhəmiyyətli pay qazanıb. Bu inkişaf sığorta sektorunun gələcəyi ilə bağlı ümidləri artırır. Sığortanın satış kanalları haqqında danışarkən, həyat sığortası xaricindəki sahələrdə agentliklərin dominant mövqeyi qalır. Ümumi primlərin yarıdan çoxu hələ də agentlər vasitəsilə, yəni klassik metodlarla toplanmağa davam edir.
Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşıl...
Azəri Xəbər

Azərbaycan və Türkiyə bir-birinin vətəndaşları üçü...
Azəri Xəbər

Azərbaycanda kredit sığortası üzrə yığımlar artıb,...
Azəri Xəbər

Azərbaycanda əmlak sığortası bazarı 10%-ə yaxın bö...
Azəri Xəbər

Sosial sığorta haqları üzrə daxilolmalar artıb
Bugun.az

Azərbaycan və Türkiyə sığorta sektoru üzrə Anlaşma...
Azəri Xəbər



