
Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 300-ə yaxın saxlanılan var

Türkiyə hüquq-mühafizə orqanları son bir ay ərzində FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirdi. Bu əməliyyatlar ölkənin 50 vilayətində koordinasiyalı şəkildə aparılıb.
Nəticədə, ümumilikdə 286 nəfər saxlanılıb. Türkiyənin Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri Əli Yerlikaya bu barədə öz rəsmi "X" sosial media səhifəsində məlumat paylaşıb.
Saxlanılan şübhəlilərin işinə baxılıb və onlardan 154-ü barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslər terrorçu təşkilatın hərbi-məxfi və maliyyə quruluşları daxilində fəaliyyət göstərməkdə ittiham olunurlar. İddia olunur ki, onlar təşkilatın kripto-rabitə proqramı sayılan "ByLock"-dan aktiv şəkildə istifadə ediblər.
Həmçinin, bu şəxslər təşkilatın məsuliyyət daşıyan üzvləri ilə əlaqə saxlamaq üçün taksofon vasitəsilə rabitə qurmaqda günahlandırılırlar. Bu əməliyyatlar FETÖ-nün daxili şəbəkələrini və gizli əlaqə yollarını hədəf alır.
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 62 nəfə...
Azəri Xəbər

Türkiyədə əməliyyat keçirildi - 42 nəfər saxlanıld...
Bugun.az

FETÖ-ya Qarşı Geniş Əməliyyat: 50 Vilayətdə 286 Şü...
Son Xeberler

Türkiyədə mütəşəkkil cinayətkar dəstəyə qarşı əməl...
Azəri Xəbər

Polis əməliyyat keçirdi -Saxlanılan var
Bugun.az

Bu rayonda əməliyyat keçirildi -Saxlanılan var
Bugun.az