
UN-HABITAT-ın insan mərkəzli "ağıllı şəhərlər" üzrə qaydalar sənədi Bakıda təqdim olunacaq
BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) insan mərkəzli "ağıllı şəhərlər" üzrə qaydalar sənədi tezliklə Bakıda ictimaiyyətə təqdim olunacaq. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev jurnalistlərə məlumat verib.
A. Quliyevin sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, şəhərsalma sahəsində ciddi islahatlar həyata keçirir, eyni zamanda beynəlxalq gündəliyə töhfə verməyə çalışır. Məhz bu məqsədlə Azərbaycan UN-HABITAT-ın insan mərkəzli "ağıllı şəhərlər" üzrə qaydalar təşəbbüsünü irəli sürüb. Bu sənədin hazırlanmasında iştirak edən ekspert qrupuna ölkəmiz iki mütəxəssis ayırıb. Hazırda sənədin hazırlanması yekunlaşıb və onun təqdimatı ilə müzakirəsi Bakıda baş tutacaq.
Komitə sədri əlavə edib ki, o, həmçinin UN-HABITAT-ın nəzdində fəaliyyət göstərən hökumətlərarası qrupun həmsədri seçilib. Bu qrup hər kəs üçün mənzil təminatı sahəsində yol xəritəsi hazırlamaqla məşğuldur və Azərbaycan bu prosesə də öz töhfəsini verməyə çalışacaq. Bundan başqa, Azərbaycan işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi sistemli planlaşdırma, şəhərlərin yenidənqurma və bərpası ilə bağlı topladığı təcrübələri beynəlxalq tərəfdaşlarla bölüşəcək.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
Azərbaycan BMT-nin Məskunlaşma Assambleyasının "Hə...
Azəri Xəbər

Çində Çuntsinq Şəhərində "İnsana Yönəlik Ağıllı Şə...
Son Xeberler

Bakıda WUF13-də Azərbaycan milli pavilyonu təqdim...
Azəri Xəbər

LSE: Azərbaycanda "ağıllı şəhər" layihələrinin uğu...
Azəri Xəbər

Azərbaycan UN-Habitat İcraiyyə Şurasına üzv seçild...
Bugun.az

Bakıda Yeni Şəhər Gündəliyi üzrə yüksək səviyyəli...
Azəri Xəbər



