UniDestin Çində təhsil almaq istəyən şəxslərə tam dəstək göstərir

29.10.2025 07:44 7 baxış sayı 3 dəq. oxuma APA
UniDestin Çində təhsil almaq istəyən şəxslərə tam dəstək göstərir

Çin universitetlərində bakalavr pilləsi üzrə təhsil almaq istəyən tələbələr üçün yeni qəbul qaydası tətbiq olunub. Əsas dəyişiklik ondan ibarətdir ki, 2026-cı ildən etibarən xarici tələbələr riyaziyyat fənnindən imtahan verməli olacaqlar. UniDestin Təhsil Mərkəzinin direktoru Nüşabə Xəlilovanın sözlərinə görə, bu imtahan Çin dövlətinin rəsmi daxili imtahanı hesab edilir və əcnəbi tələbələr üçün məcburidir. Namizədlər imtahanı həm Çin, həm də ingilis dilində vermək hüququna malikdirlər. UniDestin bu dəyişən sistemdə Çində təhsil almaq istəyən şəxslərə tam dəstək göstərir.


Riyaziyyat imtahanı əcnəbi tələbələr üçün əsas giriş şərti olsa da, yeganə tələb deyil. Nüşabə Xəlilova bildirib ki, universitetlərin tələbinə uyğun olaraq abituriyentlər riyaziyyatla yanaşı fizika və ya kimya fənlərindən də əlavə imtahan verəcəklər. Bu proses ixtisasa uyğun olaraq müəyyənləşdirilir. Məsələn, mühəndislik və texniki ixtisaslar üçün fizika imtahanı tələb oluna bilər. Tibb və biotexnologiya istiqamətlərinə müraciət edənlər isə adətən kimya imtahanı verirlər. Bu yeni tələblər hər bir namizədin seçdiyi sahəyə uyğun bilik səviyyəsini yoxlamağı nəzərdə tutur.


İmtahan online formatda təşkil olunur və nəticələrə əsasən tələbələrə rəsmi sertifikat təqdim edilir. Növbəti imtahanlar üçün tarixlər artıq məlumdur: 21 dekabr 2025, 25 yanvar və 15 mart 2026-cı il. Direktor onu da qeyd edib ki, sözügedən imtahanlardan yüksək nəticə əldə edən tələbələr əlavə üstünlüklər qazanır. Yüksək bal yalnız qəbul üçün deyil, həm də təqaüd qazanmaq imkanı əldə etmək üçün böyük rol oynayır, bu da maliyyə dəstəyi deməkdir. Dərslər həm əyani, həm də onlayn formatda keçirilir. Çində təhsil almağı planlaşdıran tələbələrə isə prosesi gecikdirmədən, vaxtında başlamağı tövsiyə edirik.


UniDestin Təhsil Mərkəzi bu prosesdə tələbələrə fərdi dəstək təqdim edir. Onlar peşəkar müəllimlərlə imtahana hazırlıq proqramları təşkil edir, online sınaq imtahanlarında iştirak imkanı yaradırlar. Mərkəz imtahana qeydiyyat prosesində tam dəstək göstərir və Çin universitetlərinə müraciət, eləcə də qəbulun tam müşayiətini həyata keçirir. Onlar hər bir tələbə ilə fərdi şəkildə işləyirlər. İlk mərhələdə tələbənin müraciət edəcəyi universitet və ixtisas müəyyən olunur. Daha sonra onun istiqamətinə uyğun olaraq hazırlıq proqramına start verilir. Bu yanaşma tələbələrin vaxtına qənaət edir və onların hazırlıq prosesində lazımsız yüklənməsinin qarşısını alır.


F
Təhsil müxbiri

Təhsil sistemi və təhsil islahatları haqqında yazıram. Müəllim kimi işlədikdən sonra bu sahədə jurnalist oldum.

Bütün məqalələrə baxın
Paylaş: