Uşaq hüquqlarının müdafiəsində vahid komissiya modeli tətbiq olunur - Komitə sədri

04.11.2025 06:26 7 baxış sayı 3 dəq. oxuma Trend
Uşaq hüquqlarının müdafiəsində vahid komissiya modeli tətbiq olunur - Komitə sədri

Uşaq Strategiyasının icrası ilə əlaqədar olaraq, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən orqanların işində mühüm dəyişikliklər edilib. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” adlı mətbuat konfransında məlumat verib. Dəyişikliklərin əsas məqsədi funksional təkrarlılığın aradan qaldırılması və işin daha səmərəli təşkili olub. Ən mühüm yenilik isə əvvəllər mövcud olan iki ayrı komissiyanın birləşdirilməsi ilə vahid komissiya modelinin tətbiq edilməsidir.


Komitə sədri qeyd edib ki, əvvəllər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən iki müstəqil komissiya var idi. Bunlar Qəyyumluq və himayə orqanı, eyni zamanda Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya idi. Dövlət Komitəsinin təklifləri əsasında qəbul edilən dəyişikliklərdən sonra, bu iki komissiyanın istiqamətləri birləşdirildi. Nəticədə “Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya” yaradıldı. Muradova bu addımın həm struktur, həm də məzmun baxımından məqsədəuyğun hesab edildiyini vurğulayıb, beləliklə uşaq hüquqlarının müdafiəsi prosesini mərkəzləşdirməyin mümkün olduğunu söyləyib.


Yeni strukturun tətbiqi ilə bərabər, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın katibliyi də Dövlət Komitəsinin nəzdində təsis edilib. Katiblik artıq bu ilin əvvəlindən Komitə əməkdaşlarının hesabına fəaliyyət göstərir. Qısa müddət ərzində komissiyanın işinin və qanunla müəyyən edilmiş müddəaların reallaşdırılması istiqamətində xeyli yeni dəyişikliklər həyata keçirilib. Bu dəyişikliklər uşaq hüquqlarının müdafiəsi sahəsində komissiyaların fəaliyyətini gücləndirməyə yönəlib. Dövlət Komitəsi xüsusilə regionlarda çalışan komissiyaların işini əlaqələndirir. Onlar eyni zamanda təlimləndirmə, maarifləndirmə işləri aparır və gündəlik texniki dəstək göstərirlər.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: