
Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşanın paytaxtı Varşavaya səfər etdi. Səfərin əsas məqsədi Azərbaycan-Polşa biznes forumu və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak etmək idi. Forum Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi AZPROMO, Azərbaycanın Mərkəzi Avropa üzrə Ticarət Nümayəndəliyi və Polşa İnvestisiya və Ticarət Agentliyinin (PAIH) birgə təşkilatçılığı ilə baş tutdu. Tədbirdə ümumilikdə 130-dan çox Azərbaycanlı və Polşalı iş adamı iştirak etdi.
Forumun açılışında K.Heydərov və Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri, Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini Mixal Baranovski iştirak etdilər. K.Heydərov çıxışında iki ölkə arasındakı uğurlu siyasi əlaqələrin iqtisadi əməkdaşlığın genişlənməsi üçün münasib şərait yaratdığını qeyd etdi. Nazir vurğuladı ki, sənayenin fərqli sahələrində birgə istehsal müəssisələrinin qurulması strateji tərəfdaşlığı gücləndirir. Bu əməkdaşlıq xüsusən nəqliyyat, dəmir yolu infrastrukturu, kənd təsərrüfatı, turizm, qida, tikinti və enerji sahələrini əhatə edir. O, Azərbaycanda xarici sərmayədarlar üçün əlverişli biznes və investisiya mühitinin formalaşdığını, bunun da Polşa şirkətləri üçün geniş investisiya imkanları yaratdığını bildirdi. M.Baranovski isə öz çıxışında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, keçirilən biznes forumun münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə əmin olduğunu söylədi.
Biznes forumdan dərhal sonra Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası işinə başladı. Komissiyanın Azərbaycan tərəfindən həmsədri K.Heydərov səfər zamanı göstərilən qonaqpərvərliyə görə Polşa tərəfinə təşəkkür etdi. O, Azərbaycan-Polşa münasibətlərinin tarixi köklərə və liderlər arasında mövcud olan qarşılıqlı etimada əsaslandığını, bu əlaqələrin artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırlatdı. Nazir Komissiyanın Bakıda keçirilmiş 8-ci iclasında imzalanan sənədlərin icrasından danışarkən, atılan praktiki addımlar nəticəsində sənaye, kənd təsərrüfatı, enerji və logistika kimi istiqamətlərdə müsbət nəticələr əldə edildiyini vurğuladı. İclas zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparıldı.
Görüşlərin sonunda bir sıra sənədlər imzalandı. Komissiyanın həmsədrləri K.Heydərov və M.Baranovski “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolu”nu imzaladılar. Həmçinin, iclas çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyinin rəisi Pavel Meyer tərəfindən baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı.
Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan Halal Biznes və Turizm Forumu: İqtisadi...
Bugun.az

Polşa və ABŞ hərbi saziş bağladı
Son Xeberler

Azərbaycan nümayəndə heyəti Qlobal Cənub Media və...
Bugun.az

Əhməd İsmayılov Çində forumda iştirak edib
Bugun.az

Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının iclası keç...
Bugun.az

Tehranda forum keçiriləcək - Azərbaycan da iştirak...
Bugun.az



