
Vəkillər Kollegiyasının sədri “Azərbaycan Arbitraj Günləri 2025” beynəlxalq konfransında çıxış edib

Oktyabrın 25-də Azərbaycan Arbitraj Assosiasiyası və Bakı Arbitraj Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Arbitraj Günləri 2025” çərçivəsində beynəlxalq konfransın ikinci günü keçirildi. Bu tədbir beynəlxalq arbitraj sahəsindəki mühüm yeniliklərin müzakirəsinə həsr olunmuşdu. Konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirak etdi və açılış nitqi ilə çıxış etdi. İki gün davam edən tədbirlərə 600-dən çox iştirakçı, o cümlədən 70-dən artıq aparıcı mütəxəssis, hüquqşünas və dövlət rəsmiləri qatılmışdı. Kollegiyanın çoxsaylı üzvləri, habelə Kollegiyanın Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova da tədbirlərdə fəal iştirak etdi. Konfransın ilk günündə Azərbaycan Arbitraj Assosiasiyasının və Bakı Arbitraj Mərkəzinin sədri Kəmalə Mehdiyeva, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov və Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel çıxış etmişdilər.
Vəkillər Kollegiyasının sədri ikinci günkü çıxışında müasir iqtisadiyyatın və qlobal ticarətin inkişafının məhkəmə sisteminin çevikliyi, eləcə də mübahisələrin alternativ həlli mexanizmlərinin səmərəliliyindən birbaşa asılı olduğunu bildirdi. Sədr alternativ yollar arasında məhz arbitrajın xüsusi rola malik olduğunu söylədi. O qeyd etdi ki, arbitraj investorlara yaranacaq mübahisələrini öz seçimlərinə əsasən, istədikləri ölkədə və qaydalara uyğun olaraq birdəfəlik həll etmək imkanı verir. Anar Bağırov arbitrajla bağlı mütərəqqi hüquqi çərçivənin yaradılması və inkişafının əhəmiyyətinə toxundu. O, arbitraj institutunu inkişaf etdirmək istəyən hər bir dövlətin əvvəlcə daxili qanunvericiliyini, xüsusilə arbitraj və investisiya qanunlarını formalaşdırmalı olduğunu qeyd etdi. Bundan əlavə, konvensiyalar və digər beynəlxalq alətlər vasitəsilə arbitrajın tanınmasını təmin etmək lazım gəlir.
Bağırov son illərdə Vəkillər Kollegiyası tərəfindən arbitraj sahəsi ilə bağlı bir sıra mühüm işlər görüldüyünü açıqladı. Kollegiya bu məqsədlə biznes sahəsində ixtisaslaşan vəkilləri özündə birləşdirən Biznes Hüququ Komitəsi təsis edib. Kollegiyanın təşkilatçılığı ilə arbitraj və alternativ mübahisə həlli üzrə bir sıra təlimlər, seminarlar və beynəlxalq əməkdaşlıq layihələri həyata keçirilir. Vəkillər Kollegiyası Azərbaycan vəkillərinin regional və beynəlxalq arbitraj mübahisələrinin həllində peşəkar tərəfdaş kimi tanınmasına xüsusi dəyər verir. Kollegiya ölkəmizin biznes mühitinin daha da inkişafı üçün Bakı Arbitraj Mərkəzi başda olmaqla yerli və beynəlxalq arbitraj mərkəzləri ilə əməkdaşlığı genişləndirməyə çalışır. Bu fəaliyyətlər vəkillərin beynəlxalq arbitraj proseslərində təmsilçilik imkanlarını artırmağa kömək edir. Tədbir daha sonra müəyyən mövzular üzrə panel müzakirələri ilə davam etdirildi.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Daha bir vəkil koronavirusdan vəfat etdi -
Son Xeberler

Azərbaycanda daha bir vəzifəli şəxs işdən çıxarıld...
Son Xeberler
Arbitraj institutları və yerli məhkəmələr arasında...
Azəri Xəbər

Azərbaycanda 2 vəkildə koronavirus aşkarlandı
Son Xeberler

Azərbaycanda daha bir vəkil koronavirusdan vəfat e...
Son Xeberler
Maria Chiara Malaguti: Arbitraj mərkəzi məhkəmə si...
Azəri Xəbər



