
Vüqar Əhmədov Şamaxıda vətəndaşları qəbul edib

Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şamaxı Elektrik Şəbəkəsinin inzibati binasında Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüşüb.
Qəbul zamanı "Azərişığ"ın fəaliyyət istiqamətlərinə uyğun müraciətlər cavablandırılıb. Qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb.
Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alındı. Bu müraciətlər aidiyyəti şöbələrin icraatına göndərildi.
"Azərişıq" ölkənin bütün regionlarında mütəmadi maarifləndirici tədbirlər həyata keçirir. Bölgələrdə vətəndaşlarla görüşlər təşkil olunur, onların təklif və tövsiyələri dinlənilir. Şirkətin məqsədi abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, eyni zamanda elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Tağı Əhmədov
Xəbər Anı

Vüqar Həşimov Memorialında Çempion Müəyyənləşdi
Son Xeberler

Şamaxıda zəlzələ olub
Son Xeberler

XİN-in vəzifəli əməkdaşı vəfat etdi
Son Xeberler

Vüqar Qurbanov onlara vəzifə verdi - FOTO
Bugun.az

SON DƏQİQƏ!
Son Xeberler