X sosial şəbəkəsi 120 milyon avro cərimələndi

05.12.2025 17:25 10 baxış sayı 1 dəq. oxuma Trend
X sosial şəbəkəsi 120 milyon avro cərimələndi

Amerikalı milyarder və sahibkar İlon Maska məxsus "X" sosial şəbəkəsi böyük cərimə ilə üzləşib.


Platforma kontent moderasiyası ilə bağlı Avropa İttifaqı qanunvericiliyini pozduğu üçün 120 milyon avro məbləğində cərimələnib. "Bloomberg" agentliyi bu məlumatı yayıb.


Nəşr qeyd edir ki, bu hadisə Ağ Ev və Brüssel arasında yeni mübahisələrin yaranmasına səbəb ola bilər.


Avropa Komissiyası cərimə qərarında "X" platformasındakı bir sıra pozuntuları müəyyən edib. Komissiya hesab edir ki, platformadakı ödənişli “mavi nişan” simvolu istifadəçilər arasında çaşqınlıq yaradır. Həmçinin, platforma araşdırmaçıların məlumatlara çıxışını məhdudlaşdırır. Əlavə olaraq, platforma müvafiq reklam yerləşdirilməsini təmin etməmişdi.


Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: