Xocalının Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb

20.11.2025 08:43 3 baxış sayı 1 dəq. oxuma APA
Xocalının Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.


Noyabrın 20-də növbəti köç karvanı Ağdamdan Xocalının Şuşakənd kəndinə yola salınıb. Bu ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar. Köçürülmə prosesi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində, əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilir.


Bu mərhələdə Şuşakənd kəndinə 15 ailə köçürülür. Ümumilikdə 54 nəfər keçmiş məcburi köçkünün yurd həsrəti başa çatır. Dövlət Proqramı sayəsində vətəndaşların öz doğma yurdlarına qayıtması təmin edilir.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: