Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupu fəaliyyətə başlayacaq - EKSKLÜZİV

29.10.2025 00:26 7 baxış sayı 1 dəq. oxuma Report
Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupu fəaliyyətə başlayacaq - EKSKLÜZİV

Yaxın zamanda ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun fəaliyyətinə start veriləcək. Bu barədə məlumatı Birləşmiş Ştatların Dövlət Departamentinin Mətbuat xidməti "Report"un ABŞ bürosuna təqdim edib.


Dövlət qurumundan bildirilib ki, bu təşəbbüs iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələni formalaşdırmağı hədəfləyir. Məlumatda qeyd olunur ki, ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun nizamnaməsi iki ölkənin strateji tərəfdaşlığının əsasını ilk dəfə qoyacaq. Bu sənəd regional əlaqəlilik, iqtisadi investisiya və təhlükəsizlik kimi sahələrdə əməkdaşlığı genişləndirməyə xidmət edir.


Bundan əlavə, ABŞ hökuməti həmçinin bu ilin sonuna qədər Azərbaycan və Ermənistanla ilk İşçi qruplarının yaradılması üzərində çalışır. Bu planlar regionda diplomatik və iqtisadi əlaqələrin yeni yollarla inkişaf etdirilməsinə dair ABŞ-ın marağını göstərir.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: